Əlaqə Arxiv
news Image
2017.12.07
16:11
| A A A
Pulsuz efir vaxtı ləğv olunacaq?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Seçki Məcəlləsinə dəyişikliklər müzakirə edilib.

Movqe.az Modern.az-a istinadən xəbər verir ki, iclasda qeydə alınmmış namizədlərin istifadə etdikləri pulsuz efir vaxtının, onlara dövrü nəşrlərdə pulsuz yer ayrılmasının ləğvinə dair fikirlər səsləndirilib.

Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid məsələyə aydınlıq gətirib.

Şöbə müdiri bildirib ki, bununla bağlı Seçki Məcəlləsində nəzərdə tutulmuş pulsuz efir vaxtı, dövrü nəşrlərə pulsuz yerlər olduğu kimi qüvvədə saxlanılır.
 
“Qeydə alınmmış namizədlərin istifadə etdikləri pulsuz efir vaxtının, dövrü nəşrlərdə pulsuz yerin dəyəri dövlət tərəfindən ödəniləcək. Bu Prezident ,bələdiyyə, Milli Məclisə seçkilərin keçirilməsi və referendum üçün təşkilat qurumlarına aid məsələdir”.

?

Sizin Reklam Yeriniz