Əlaqə Arxiv
news Image
2017.12.11
10:41
| A A A
“Baku Bus” sərnişinlərə müraciət edib

Bu gün səhər saatlarından etibarən Bakının Şövkət Məmmədov küçəsinin bağlanması ilə əlaqədar olaraq 3 saylı marşrut xəttinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Movqe.az xəbər verir ki, bu barədə “Baku Bus” MMC-nin sərnişinlərə müraciətində bildirilir.

Müraciətdə deyilir ki, Atatürk prospekti, Şövkət Məmmədova və Abay Kunanbayev küçələri üzrə hərəkət edən avtobuslar artıq Atatürk prospekti, Cəfər Xəndan, İbrahimpaşa Dadaşov, Süleyman Sani Axundov küçələri ilə öz hərəkətini davam etdirirlər.

“Avtobuslarımız əks istiqamətdə də həmin hərəkət trayektoriyasını izləyir”, - deyə açıqlamada qeyd olunub. 

Sizin Reklam Yeriniz