Əlaqə Arxiv
news Image
2017.12.11
17:38
| A A A
Nyu-Yorkdakı partlayışda 1 nəfər yaralanıb - YENİLƏNİB Böyüt

Nyu-Yorkda, Manhettendəki avtobus terminalında partlayış baş verib.

 

Movqe.az APA-ya istinadən verdiyi məlumata görə, Nyu-York polisi terminaldakı A, C və E xətlərindən insanları təxliyyə edib. Bəzi mənbələrə əsasən əldədüzəltmə bombanın partlaması nəticəsində 1 nəfər yaralanıb. Şahidlər həmin ərazidə 2 dəfə partlayış səsinin eşidildiyini bildiriblər. 

 
Hadisə ilə bağlı bir nəfərin saxlandığı deyilir. 

 

Saat: 17:14

 

***

 

ABŞ-ın Nyu-York şəhərində, Manhettendə partlayış baş verib.

 

Movqe.az-ın xəbərinə görə, bu barədə Nyu-York polisi öz “Twitter” səhifəsində qeyd edib.

 

Hadisənin avtobus dayanacağında baş verdiyi bildirilir. Başqa detallar barədə hələlik heç bir məlumat verilmir. 

Sizin Reklam Yeriniz