Əlaqə Arxiv
news Image
2017.12.12
11:36
| A A A
Heydər Əliyevə həsr edilmiş “Sən elə bir zirvəsən!” adlı tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Heydər Əliyevin anım gününə həsr edilmiş “Sən elə bir zirvəsən!” adlı tədbir keçirilib.

İlkin olaraq qonaqlar Heydər Əliyevin sərəncamlarını əks etdirən sənəd nümunələri və onun Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi nadir və dəyərli şəxsi kitab nümunələri ilə tanış olublar. Daha sonra Heydər Əliyevin büstü önünə gül qoyulub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin direktor səlahiyyətlərini icra edən Elmira Ələkbərova Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi ilk aylardan arxiv idarəsini yaratmaqla bağlı sərəncam verməsinin onun xalqına və onun tarixinə verdiyi qiymətin bariz nümunəsi olduğunu deyib.

Daha sonra çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Heydər Əliyevin bir fenomen olduğunu, heç bir sahənin onun diqqətindən kənarda qalmadığını ifadə edib. Kərim Tahirov qonaqlara Heydər Əliyevin Milli Kitabxanaya tez-tez gəlməsindən, kitabxana işçilərinə göstərdiyi diqqət və qayğıdan söhbət açıb.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva çıxışında Heydər Əliyevin hər bir azərbaycanlının qəlbində yaşadığını, Heydər Əliyev ideyalarının yüzilliklər, minilliklər boyu Azərbaycan xalqının dəyişməz istiqamət modeli olacağını deyib. Xatirələrdə silinməz və dərin məhəbbətlə möhürlənmiş şəxsiyyətin həyatını, onun fəaliyyətini öyrənmək, öyrətmək və əbədiləşdirmək hər birimizin üzərinə düşən ən mühim məsələ olduğunu bildirən Aygün Əliyeva, yaşamın istənilən anında Heydər Əliyev dühasının bizlərə daimi güc bəxş etdiyini söyləyib.

Tədbir bədii hissə ilə davam etdirilib. Bədii hissədə Heydər Əliyevin sevdiyi musiqilər ifa olunub, Heydər Əliyevə həsr edilmiş şeir və musiqi kompozisiyaları təqdim edilib.

Sizin Reklam Yeriniz