Əlaqə Arxiv
news Image
2017.12.12
13:37
| A A A
Heydər Əliyevlə bağlı Nəsimidə tədbir keçirildi

Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Nəsimi rayon İH-nin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında anım mərasimi keçirilib.

İH-dən Movqe.az-a daxil olan xəbərə görə, tədbirdə rayon ictimaiyyəti nümayəndələri, ali və orta təhsil müəssisələrinin, səhiyyə ocaqlarının, ağsaqqallar, veteranlar və gənclər təşkilatlarının, dini qurumların nümayəndələri, Milli Məclis üzvləri, nazirlik və komitə rəhbərləri, elm və mədəniyyət xadimləri, Azərbaycanda rəsmi səfərdə olan Türkiyə respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyəti iştirak edib.

Tədbirdə İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Heydər Əliyevin həyatına və xidmətlərinə həsr olunmuş məruzə ilə çıxış edib. Natiq qeyd edib ki, Heydər Əliyev siyasətdə həm ənənəvi, həm də müasir lider obrazında təzahür edən, təmsil etdiyi dövlətin və xalqın ümummilli liderinə çevrilməyi bacaran və onun çərçivəsini göstərən, onun idealını, obrazını yaradan dahi və müdrik bir şəxsiyyətdir. 

Tədbirdə H. Əliyevin keçirdiyi ömür yoluna həsr olunmuş video çarx nümayiş olunub.

Tədbirdə tanınmış incəsənət xadimləri - Niyazi adına Simfonik orkestr, Xalq artistləri Mənsum İbrahimov, Alim Qasımov, Azər Zeynalov, Əməkdar artistlər Zakir Əliyev, Lalə Məmmədova, Fərid Əliyev, Gülnaz İsmayılova, Afaq Abbaslı, Azərbaycan Televiziyası Radiosunun solistləri Ayşən Mehtiyeva, Aynur İsgəndərli, Mustafa Aşurov çıxışlar ediblər.

 




Sizin Reklam Yeriniz