Əlaqə Arxiv
news Image
2017.12.14
11:21
| A A A
BƏƏ vətəndaşlarının səyahət üçün Google-da ən çox axtardığı yer Azərbaycan olub

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşlarının səyahət üçün axtardıqları ən populyar yerlərdən biridir.

Trend-in məlumatına görə, bu barədə "The National" portalı 2017-ci ildə Google-da ən çox axtarışa verilən sözlərin illik siyahısına istinadən xəbər verir.

"Google" axtarış sisteminin illik göstəricilərinə əsasən, Fransa BƏƏ sakinlərinin səyahət üçün axtardıqları ölkələr arasında ən məşhuru olub, sonrakı yerlərdə isə Türkiyə, Misir, Yunanıstan, Gürcüstan, Azərbaycan, Xorvatiya, Monteneqro və Kamboca gəlir.

Qeyd edək ki, cari ilin 11 ayı ərzində ölkəmizə 2 477 908 əcnəbi gəlib. Onlardan 87 215 nəfəri BƏƏ vətəndaşları olub.

Sizin Reklam Yeriniz