Əlaqə Arxiv
news Image
2017.12.14
14:20
| A A A
Azərbaycanda qanunsuz dini təbliğat aparan 159 nəfər saxlanılıb

2017-ci ildə Azərbaycanda "Dini etiqad azadlığı haqqında" qanuna zidd təbliğat apardığı üçün 159 nəfər şəhər və rayon poliş şöbələrinə gətirilib. Movqe.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin əməkdaşı Oqtay Tağıyev deyib. Onun sözlərinə görə, həmin şəxslərdən 2 nəfər cinayət məsuliyyətinə, 139 nəfəri isə inzibati məsuliyyətə cəlb edilib:

"Həmin şəxslərdən 3 ədəd tüfəng, 12 ədəd patron, 168 ədəd dini ədəbiyyat, 144 ədəd CD,ə DVD və audiokaset, 115 ədəd broşür və digər vəsait götürülüb. İnzibati məsuliyyətə cəlb olunan şəxslərdən 2 nəfər həbs olunub, 50 nəfər 82 500 manat məbləğində cərimə edilib, 73 nəfərə xəbərdarlıq olunub. 4 nəfər azyaşlı barədə isə müvafiq tədbir görülməsi üçün toplanmış materiallar yerli icra hakimiyyətləri yanında komissiyalara göndərilib".

Sizin Reklam Yeriniz