Əlaqə Arxiv
news Image
2017.12.15
12:58
| A A A
Keyfiyyətsiz spirtli içkilər ölümə yol açır-Baş toksikoloqdan xəbərdarlıq

Azərbaycanda bu ilin müvafiq dövründə 89 nəfər spirtli içkidən zəhərlənib. Movqe.az-ın məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. A. Maqsudov bildirib ki, ötən il ərzində 108 nəfər spirtli içkidən zəhərlənmə halı qeydə alınıb: “ Ötən il spirtli içkidən zəhərlənənlərin sayı bu illə müqayisədə daha çox olub. Belə ki, keçən il 103 nəfər spirtli içkidən zəhərlənmişdirsə, bu il müraciətlərin sayı olduqca azalıb. İndiyədək 89 belə müraciət daxil olub. Spirtli içkilərdən zəhərlənən insanlar arasında ölüm halı qeydə alınmayıb”. 

Şöbə müdiri etanoldan zəhərlənmə hallarının əsasən tərkibinə görə çox aşağı keyfiyyətli spirtli içkilərdən baş verdiyini söyləyir. Onun sözlərinə görə, hər gün şöbəyə 5-6 nəfər spirtli içkidən zəhərlənmə ilə müraciət edir: “ Bunun əsas səbəbləri spirtli içkilərin tərkibinin dəyişdirilməsidir. Ucuz qiymətə satılan bir çox alkoqollu içkilərin tərkibinə qatılan spirtlər insan orqanizmində zəhərlənməyə səbəb olur. Onlar əsasən "bomj"lar olur. Küçələrdə soyuqda qaldıqdan sonra onların vəziyyəti daha da ağırlaşır. Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən belə xəstələr zəhərlənmə diaqnozu ilə şöbəyə gətirilir”. 
A. Maqsudov bildirir ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dərmandan zəhərlənmə ilə bağlı 1100 müraciət daxil olub. Onlardan 602 nəfəri şöbəsinə qəbul olunub. Ötən il isə bu rəqəm 1400 təşkil edib. Onlardan 1062 nəfər stasionar müalicəyə qəbul olunub. Qəbul olunanlardan ölüm halı olmayıb”. 
A. Maqsudov əksər hallarda həkim təyinatı olmadan qəbul edilən dərmanlarda doza həddinin aşılmasının zəhərlənməyə yol açdığını qeyd edib: “Amma dərmandan zəhərlənmələrdə yenə siyahıya başçılığı intihar məqsədilə dərman qəbul edənlər tutur”.
 A.Maqsudov bildirib ki, bu il sirkə turşusundan zəhərlənən 241 nəfərdən bir nəfəri dünyasını dəyişib: “Ötən il il müqayisədə sirkə turşusundan zəhərlənərək ölənlrin sayında azalma var. 2016-cı ildə bu diaqnozla xəxatəxanaya 254 nəfər daxil olub. Onlardan 3 nəfər isə ölüb".

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz