Əlaqə Arxiv
news Image
2017.12.15
15:15
| A A A
Rusiyada ən çox qaçırılan avtomobillər - ADLARI

Rusiyanın iki ən böyük şəhərində - Moskva və Sankt-Peterburqda ən çox qaçırılan avtomobillərin adları açıqlanıb.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, Moskvada ən çox "Land Rover Discovery", Sankt-Peterburqda isə "Mercedes S-Class" avtomobil oğruları arasında populyardır.

Bundan başqa, paytaxtda "Honda PILOT", "Toyota Camry" və "Toyota Highlander" avtomobilləri qaçırılır.

 

Sankt-Peterburqda isə "Lada Granta", "Jeep Grand Cherokee", UAZ "Patriot" və "Nissan Almera" ən çox qaçırılan maşınlar arasında yer alıb.

 

Sizin Reklam Yeriniz