Əlaqə Arxiv
news Image
2017.12.15
17:46
| A A A
Ermənistanın Fransadakı səfirliyi qarşısında azərbaycanlı girovların azad edilməsi tələbi ilə aksiya keçirilib

Azərbaycanlılar Ermənistanın Fransadakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Movqe.az  xəbər verir ki, mitinqdə 2014-cü il iyulun 12-dəAzərbaycanın işğal altında olan Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığı buraxılması tələb edilib.

Soydaşlarımız hər iki şəxsin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisində girov götürüldüyünü bildiriblər. Aksiyada Ermənistanın təcavüzkar dövlət olduğu bildirilib, azərbaycanlı girovların azadlığa buraxılması tələb edilib.

Eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əasasən, Azərbaycan torpaqları kimi tanınan ərazilərdə bu ölkənin vətəndaşlarının girov götürülməsi, Cenevrə Konvensiyasının pozulması və Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyon azərbaycanlının öz evlərini tərk etmək məcburiyyətində qalması Fransa ictimaiyyətinin diqqətinə çatdırılıb.

report

Sizin Reklam Yeriniz