Əlaqə Arxiv
news Image
2017.12.18
12:34
| A A A
Daha 145 dövlət əmlakı özəlləşdirilməyə çıxarılır

Yanvarın 16-da keçiriləcək yeni hərraca 145 dövlət əmlakı çıxarılacaq.

Bu barədə Movqe.az-a Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Komitə tərəfindən yanvarın 16-da keçiriləcək hərracda 145 dövlət əmlakı özəlləşdirilməyə çıxarılacaq. Bunlardan 68-i kiçik dövlət müəssisə və obyekti, 49-u istifadəsiz qeyri-yaşayış sahəsi, 25-i səhmdar cəmiyyəti, 3-ü isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Bərdə Tikinti Quraşdırma”, “Ağdaş Quşçuluq”, “İsmayıllı Təmir Tikinti”, “Yevlax Yük Avtonəqliyyat ”, “Sabirabad Təmir-tikinti ” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca cıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı İsmayıllı, Salyan, Neftçala, İmişli, Ağcabədi, Yevlax və digər rayonlarda yerləşir. Özəlləşdirilməyə çıxarılan əmlakların ümumi faydalı sahəsi 9 kv.m ilə 4 min 386 kv.m arasında dəyişir. Hərraca çıxarılan əmlaklardan ilkin satış qiyməti ən yüksək olanı Baləkən şəhərində yerləşən “Əmlak Kompleksi”- dir. Qeyd edilən obyektin torpaq sahəsi 89 min kv.m-dən çoxdur. Ümumi faydalı sahəsi 1 min 350 kv.m olan, paytaxtın Nizami rayonunda yerləşən "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" torpaq sahəsi ilə birlikdə hərraca çıxarılıb.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 36-sı paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Bu kateqoriyaya aid olanların ümumi faydalı sahəsi 14 kv.m ilə 547 kv.m arasında dəyişir. Obyektlərin sahələrinin müxtəlif olması investorların seçim imkanını artırır. Eyni zamanda alıcılar sərfəli qiymətə də əmlak sahibi ola bilərlər.

Sizin Reklam Yeriniz