Əlaqə Arxiv
news Image
2017.12.19
10:10
| A A A
Paytaxtda kafedə partlayış olub

Paytaxtda kafedə partlayış olub.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 150 kv.m olan kafedə yanğınla nəticələnən partlayış baş verib.

Hadisə zamanı kafenin mətbəxinin qapı və pəncərəsi çərçivədən çıxıb, mətbəxdə qaz sobası, taxta rəflər və rəflərdə olan mətbəx əşyaları 18 kv.m sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Yanğın söndürülüb.

Sizin Reklam Yeriniz