Əlaqə Arxiv
news Image
2017.12.20
16:14
| A A A
Ər-arvadı avtomobillə vurub öldürən məmura HÖKM OXUNDU

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əhəd Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Movqe.az APA-ya istinadən xəbər verir ki, hakim Mayıl Bayramovun sədrlik etdiyi iclasda hökm elan edilib. Hökmə əsasən, Ə. Həsənov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror  Ə. Həsənovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. 

İttihama görə, Ə. Həsənov 14 sentyabr 2017-ci il tarixdə Bakı-Qazax yolunda, Hacıqabul rayonu ərazisində idarə etdiyi "İnfiniti G37" markalı avtomobillə yolu keçmək istəyən İmran Ağayev və onun həyat yoldaşı Rəqiyyə Əzizovanı vurub. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ə. Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. 

 

Ə. Həsənov Dövlət Sosial Müdafiə Fondunu

Sizin Reklam Yeriniz