Əlaqə Arxiv
news Image
2017.12.21
13:40
| A A A
Bakıda 240-a yaxın binanın zirzəmisini su basıb

Respublika Gigiyena və Epideimologiya Mərkəzi tərəfindən hər il yaşayış binaların zirzəmələrində epidemioloji araşdırmalar aparılır. Movqe.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epideimologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, zirzəmilərə sular kommunikasiya xətlərinin nasazlığından, qurunt sularından, bir qismi qarışıq sulardan daxil olur: "Son araşdırmalara görə, Bakı üzrə 240-a yaxın zirzəmisi sulu olan binalar mövcuddur. Bununla bağlı müvafiq dövlət qurumlarına ünvanlar qeyd etməklə məktublar göndərilib. Onların nəzərlərinə qeyd olunan ərazilərdə mühəndis-texniki işlərin aparılmasının vacibliyi çatdırılıb”. 

Z.Kazımov bildirib ki, əgər zirzəmidə nəmişlik varsa, bu, birinci mərtəbədə yaşayanlar arasında tənəffüs sistemi xəstəliklərinin, o cümlədən ağciyər xəstəliklərinin yaranmasına səbəb olur. Bu baxımdan zirzəmilərdə suyun olması yolverilməzdir. 

Şöbə müdiri, həmçinin bu il Mərkəzə daxil olan şikayətlərin 30-40 faizinin mənzillərdəki səs-küylə bağlı olduğunu qeyd edib.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz