Əlaqə Arxiv
news Image
2017.12.22
11:15
| A A A
İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb

Gömrükdə yuyucu vasitənin içində "Tramadol" adlı dərman preparatı aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Movqe.az-a  verilən məlumata görə, Astara Gömrük İdarəsində İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

Əl yükünə baxış zamanı yuyucu vasitənin içində istehsal qablaşması pozulmuş vəziyyətdə, ümumi sayı 1491 ədəd olan "Tramadol" adlı dərman preparatı aşkar edilib.

 

Xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir və aşkar olunan 1491 ədəd tramadolun təsiredici maddəsinin ümumi miqdarı 298,2 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz