Əlaqə Arxiv
news Image
2017.12.22
15:16
| A A A
“Bomba həyəcanı” Bakı Dəmir Yolu Vağzalına maddi ziyan vurub?

Dekabrın 21-də Bakı Dəmir Yolu Vağzalına partlayıcı qurğunun yerləşdirildiyi barədə xəbər araşdırılarkən işin 5-6 saata yaxın dayandırılmasına baxmayaraq, quruma maddi zərər dəyməyib.

Movqe.az xəbər verir ki, bu barədə modern.az-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişindaşıma Departamentinin rəisi Elyar Muradov bildirib.

E.Muradov bunu həmin saatlarda hərəkətdə olan qatarların olmaması ilə əlaqələndirib:

"Qatarlar faktiki olaraq axşam saatlarında hərəkət edir. Axtarışlar bitdikdən sonra vağzal tam rejimdə işini bərpa etdi. Heç bir reysimiz təxirə salınmadı".

Qurum rəsmisi yalnız satış və xidmətlə bağlı fasilə yarandığını vurğulayıb:

 

"Həmin saatda bilet satışı məntəqəsi işləməyib, "ASAN kommunal"ın fəaliyyəti dayandırılıb və s. Bilet alınsaydı belə, sərnişin həmin saatda harasa getmirdi. Həmin vaxt bilet ala bilməyən, bir neçə saat sonra alıb. Nəticə etibarilə zərər qeydə alınmayıb".

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, Bakı Dəmiryolu Vağzalında Daxili İşlər Nazirliyinin Dəmiryolu Nəqliyyatında Polis idarəsinin növbətçi hissəsinə Bakı Dəmiryolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Araşdırmalr zamanı hər hansı partlayıcı qurğu aşkarlanmayıb.

Sizin Reklam Yeriniz