Əlaqə Arxiv
news Image
2017.12.24
20:49
| A A A
İki maşın toqquşub, üç nəfər yaralanıb - YENİLƏNİB

Şamaxıda baş vermiş yol qəzasında xəsarət alanların sayı 3 nəfərə çatıb.

Movqe.az report.az-a istinadən bildirir ki, "VAZ-2107" və "VAZ-21010" markalı avtomobillərin toqquşması nəticəsində daha iki yaralı - birinci maşında olan sərnişinlər - 1972-ci il təvəllüdlü Qobustan şəhər sakini Gülşən Əbilqasım qızı Ağayeva və onun 1994-cü il təvəllüdlü oğlu Ağayev Hilal Məzahir oğlu müxtəlif bədən xəsarətləri ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hilal alın, göz və üz nahiyəsinin sıyrılmış yarası, döş qəfəsinin əzilməsi, anası Gülşən isə sol baldırın 1/3 hissəsinin əzilmiş hematoması xəsarəti alıb.

Sizin Reklam Yeriniz