Əlaqə Arxiv
news Image
2017.12.25
12:19
| A A A
Dəmlikdə qalan çayı atmayın

Çay dəmləndikdən sonra içilməyən hissəsini demək olar ki, hər kəs atır. Ancaq mütəxəssislər dəmlikdə qalan artıq çayın faydalarını açıqlayıblar.
Elm adamlarının qeyd etdiyi və vacib bildiyi həmin faydalar:
1. Saçınızı şampunla yuduqdan sonra ilıq çayla yaxalayın. Saçlarınızın parıltısının necə artdığını şahidi olacaqsınız.
2. Dəmlikdə qalan çay insan vücuduna balzam rolunu oynayır.

3. Dərinizdəki yaraların təmizlənməsi və antibiotik təsir göstərməsi üçün pambığı çaya batıraraq dərinizə çəkə bilərsiniz.

4. Əlinizdən balıq və ya soğan qoxusu hələ də getmirsə, bunun çox asan üsulu var. Əlinizi dəmlikdəki çayla yuyun.

5. İstifadə etdiyiniz çay paketini soyuducunun orta rəfinə qoyun. Yaranan iylərdən əsər-əlamət qalmayacaq.

Sizin Reklam Yeriniz