Əlaqə Arxiv
news Image
2017.12.25
11:25
| A A A
KİVDF-nin 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Movqe.az-ın məlumatına görə, tədbirdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli,  Fondunun Müşahidə Şurasının  sədri Həsən Həsənov ,millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, eləcədə müsabiqədəki yazıların qiymətləndirilməsində iştirak edən ekspertlər iştirak ediblər. Tədbir iştirakçılarını salamlayan Fondun icraçı direktoru Vüqar Səfərli KİVDF-in qeyd edib ki, bu gün ölkədə KİV-lərin fəaliyyətinə dövlət dəstəyi daha da artıb, bu sahədə çalışanlar üçün hərtərəfli şərait yaradılıb: "2017-ci ildə 255 jurnalist mənzillə təmin edilib və yeni binanın təməli qoyulub. Yaxın 3 ildə həmin bina da jurnalistlərin istifadəsinə veriləcək".
Tədbirdə V. Səfərli onu da bildirib ki, bu il KİVDF jurnalistlər arasında 4, digər qurumlarla birgə isə 6 yazı müsabiqəsi keçirib. V. Səfərli 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə etdiyini bildirib. V.Səfərli qeyd edib ki, oktyabrın 25-dən dekabrın 12-dək davam edən müsabiqənin şərtlərinə əsasən, I yerin qalibləri üçün 500, II yerin qalibləri üçün 400, III yerin qalibləri üçün 300 manat mükafatın verilməsi nəzərdə tutulub. İcraçı direktor müsabiqəyə bu müddətdə 66 KİV-dən 153 yazı daxil olduğunu söyləyib. Onun sözlərinə görə, yazılar 12 ekspert tərəfindən qiymətləndirilib: “Müsabiqənin yekunlarına əsasən 114 nəfərin mükafatlandırılması nəzərdə tutulur. Onlardan 19 nəfər 1-ci yerin, 38 nəfər 2-ci yerin, 57 nəfər isə 3-cü yerin qalibləridir”.

V. Səfərli bildirib ki, hər istiqamət üzrə 6 qalib müəyyənləşib. 
Tədbirdə yazıların qiymətləndirilməsində iştirak edən ekspertlər də öz irad və təkliflərini səsləndiriblər. 
“İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Vüqar Rəhimzadə müsabiqənin və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Azərbaycanın media təmsilçilərinin Türkiyənin İstanbul şəhərinə səfərlər proqramının əhəmiyyətindən danışıb. 
Zülfiyyə Quluyeva

 

Sizin Reklam Yeriniz