Əlaqə Arxiv
news Image
2017.12.25
16:43
| A A A
Yeni illə bağlı metro stansiyalarında konsert proqramları təşkil olunacaq

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə “Bakı Metropoliteni” QSC ənənəsinə sadiq qalaraq, ilin son sosial layihələrini gerçəkləşdirəcək.

Movqe.az xəbər verir ki, Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə açıqlamasında bildirib ki, Yeni ilin gəlişi ilə bağlı artıq “Elmlər Akademiyası”, “28 May”, “Koroğlu”, “İçərişəhər”, həmçinin Bənövşəyi xəttin “Memar Əcəmi” stansiyalarının vestibüllərində Yeni ilin rəmzi olan bəzədilmiş işıqlı şam ağacları quraşdırılıb və monitorlarda bayram təbrikləri yerləşdirilib: "Yeni il bayramının əsas qəhrəmanları olan Şaxta baba və Qar qız ənənəsinə sadiq qalaraq bu il də, yəni dekabrın 30-u metronun kiçik yaşlı sərnişinlərinə - uşaqlara müxtəlif hədiyyələr, oyuncaqlar təqdim edəcək. Həmçinin bayram günlərində sərnişinlərimizi daha bir sürpriz də gözləyir. Bundan savayı, Yeni ilin astanasında və qədəmlərini qoyduğu ilk günlərdə sərnişinlərə gözəl ovqat bəxş etmək istəyən “Bakı Metropoliteni” QSC-nin növbəti sosial layihəsi də gerçəkləşəcək. Bu dəfə də stansiyalarda artıq ənənə halını alan musiqili proqram təşkil olunacaq. Belə ki, dekabrın 30, 31-i və yanvarın 1, 2-si sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramı təqdim olunacaq.

 

Konsert proqramının afişasını sərnişinlərin nəzərinə çatdırırıq: - “İçərişəhər” stansiyası – saat 12:15 – 13:45 - “28 May” stansiyası – saat 13:15 – 14:45 - “Elmlər Akademiyası” stansiyası – 14:15 – 15:45 - “Memar Əcəmi” stansiyası (Bənövşəyi xətt) – 15:15 – 16:45".

Sizin Reklam Yeriniz