Əlaqə Arxiv
news Image
2017.12.26
16:34
| A A A
Bakıda tibb müəssisələrindən kənar 94 doğuş olub

Bu gün Bakı şəhər təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında ilin yekunlarına həsr edilmiş tədbir keçirilib.

Movqe.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə bildirilib ki, 2017-ci ildə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 693 600-dən artıq ümumi müraciət daxil olub.

Bu da keçən illə müqayisədə 12 000 müraciət çox: "Bu müraciətlərdən 63 300-dən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 82 000-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 12 500-dən artıq olub ki, bu rəqəmdə azalma qeyd edilir. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2000 nəfərdən çox olub. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 150 325, hospitalizasiya 12354, miokard infarktı ilə müraciətlərin sayı 865, hospitalizasiya 814-ə yaxın, insultla müraciətlərin sayı 3728, hospitalizasiya 3311 olub. Keçən illə müqayisədə miokard infarktı ilə bağlı müraciətlərin sayında azalma, insultla bağlı müraciətlərin sayında isə artım müşahidə olunur. Sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından, belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədi ilə, nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak etmiş həkimlərdən ibarət xüsusiləşmiş briqadalar yaradılıb".

 

Qeyd olunub ki, doğuşla bağlı müraciətlərin sayı 3099, hospitalizasiya 3084, tibb müəssisəsindən kənar doğuşların sayı 94 olub: "Onların da 93 hospitalizasiya olunub. Hospitalizasiyadan imtina edilən bir hal barəsində Bakı Baş Səhiyyə İdarəsinə, ərazi üzrə qadın məsləhətxanasına, poliklinikaya, hüquq mühafizə orqanlarına məlumat verilib, ünvana polis əməkdaşları dəvət olunub".

 

Sizin Reklam Yeriniz