Əlaqə Arxiv
news Image
2017.12.27
11:45
| A A A
"İslam dünyasının daxilində həmrəyliyə böyük ehtiyac var"
Bu gün dünyada dindən sui-istifadə hallarını müşahidə etməkdəyik. Dindən istifadə edərək dünyanın ayrı-ayrı regionlarında radikal qruplar yaradaraq faciələrə gətirib çıxaran hadisələr törədilir.

Movqe.az Trend-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı "Söz azadlığı və dini icmalar" mövzusunda konfransda deyib.

M.Qurbanlı bildirib ki, bu cür hadisələrin qarşısını almaq üçün dinlərarası dialoqa, İslam dünyasının daxilində həmrəyliyə böyük ehtiyac var.

Komitə sədri qeyd edib ki, Azərbaycan bu baxımdan nümunəvi ölkədir.

 

O deyib ki, Azərbaycanda dövlət-din modeli mövcuddur.

M.Qurbanlı əlavə edib ki, Azərbaycan dinlərarası dialoqa, İslam həmrəyliyinə böyük töhfə verməkdədir.

Sizin Reklam Yeriniz