Əlaqə Arxiv
news Image
2017.12.27
14:30
| A A A
"Dövlət daima dini icmalara dəstək göstərib"

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, əgər dövlət dinə, dini icmalara yardım göstərməsə, dini icmaların fəaliyyətində müəyyən problemlər, çətinliklər yarana bilər.

Komitə sədri vurğulayıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə cəmi 17 məscid var idi: "Bu gün Azərbaycanda 2240-dan çox məscid var. Son illərdə tikilən məscidlərin sayı kifayət qədərdir, 100-lərlə məscid tikilib. Cənubi Qafqazın ən böyük məscidi Heydər məscidi inşa edilib, Naxçıvanda böyük bir məscidin tikintisi davam edir. Eyni zamanda, yerlərdə yeni məscidlər tikilir, təmir olunur. O cümlədən kilsələr, sinoqoqlar tikilir, dövlət onlara da yardım göstərir. Əgər biz "Din dövlətdən ayrıdır" - yanaşmasına istinad edib, məscidlərə, dini icmalara, din xadimlərinə sosial xarakterli yardımlar göstərməsək, müəyyən maddi çətinliklər ortaya çıxa bilər".

 

M.Qurbanlı vurğulayıb ki, Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına bu cür layihələr həyata keçirilir:

"Biz bu istiqamətdə işləri davam etdirməliyik. Azərbaycanda dinimizin dövlət tərəfindən himayəsini davam etdirməliyik".

Sizin Reklam Yeriniz