Əlaqə Arxiv
news Image
2017.12.28
10:00
| A A A
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

“Azərişıq” ASC 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları ərəfəsində gücləndirilmiş iş rejiminə keçib. Movqe/az-n qurumun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, “Azərişıq” sədri Baba Rzayev bununla bağlı göstəriş verib.

Məlumata görə, bayram və qeyri-iş günləri sayılan 31 dekabr, 1-3 yanvar tarixlərində enerji istehlakçılarının və bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə bir sıra texniki və təşkilatı tədbirlər görüləcək.
Bayram günlərində “Azərişığ”ın Mərkəzi Aparatı üzrə məsul şəxslərdən ibarət növbətçilik təşkil ediləcək.
Həmçinin, qeyd edilən tarixlərdə enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi təmin ediləcək.
Bununla yanaşı elektrik şəbəkəsinin normal rejiminin təmin olunması məqsədilə Rayon Enerji Təchizatı və Satışı İdarələri (RETSİ), Enerji Təchizatı və Satışı İdarələri (ETSİ) və Elektrik şəbəkələri (EŞ) üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarəti gücləndiriləcək.
“Azərişıq” əməkdaşlarına tapşırılıb ki, baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlər müvəqqəti olaraq dayandırılsın.
Bayram tədbirlərinin keçirildiyi günlərdə Texniki Direktorluğa tabe olan xidmət sahələrində və avtonəqliyyat xidmətində növbətçilik təşkil edilsin, habelə zəruri olan mal-materialların ehtiyatı yaradılsın.

Sizin Reklam Yeriniz