Əlaqə Arxiv
news Image
2017.12.28
14:36
| A A A
Bakının iki rayonunda yeni su və kanalizasiya xətləri tikiləcək - PUL AYRILDI

Prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı sərəncam imzalayıb. Movqe.az-ın məlumatına görə, Sabunçu rayonunun Sabunçu, Maştağa və Suraxanı rayonunun Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam verib.
 
Sərəncama görə, Bakı şəhəri Sabunçu rayonunun Sabunçu qəsəbəsində diametrləri 110-160 mm, uzunluğu 6,5 km olan paylayıcı su şəbəkəsinin, Maştağa qəsəbəsində diametrləri 110-225 mm, uzunluğu 9,2 km olan paylayıcı su şəbəkəsinin, Suraxanı rayonunun Əmircan qəsəbəsində diametrləri 110-280 mm, uzunluğu 5,4 km olan paylayıcı su şəbəkəsinin, Bülbülə qəsəbəsində diametrləri 110-160 mm, uzunluğu 6,0 olan km paylayıcı su şəbəkəsinin, Qaraçuxur qəsəbəsində diametri 530 mm, uzunluğu 0,8 km olan su kəmərinin və diametrləri 110-280 mm, uzunluğu 1,8 km olan paylayıcı su şəbəkəsinin tikilməsi zərurəti yaranıb.
 
Bu məqsədlə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,73 milyon manat vəsait ayrılıb.

Sizin Reklam Yeriniz