Əlaqə Arxiv
news Image
2017.12.28
14:57
| A A A
Alpinistləri 3 qrup axtarır

“Hazırda itən dağçıları əsas 3 qrup axtarır”.  Movqe.az xəbər verir ki, bu barədə məlumatı hazırda könüllü şəkildə Şahyaylaqda olan alpinist Toğrul Cəfərov sosial şəbəkədə yayıb. 

O bildirib ki, axtarış tədbirləri ilə əlaqədar olaraq bu gün Şahyaylaqda qərargah qurulub: “Axtarışa FHN-in xüsusi xilas etmə qrupu da qoşulub. Ümumilikdə, 3 qrup - alpinistlər, FHN-xüsusi xilasetmə və Xınalıqlı bir qrup axtarır. Bundan başqa, köməkçi dəstə ilə qərargah məntəqəsində axtarışların gedişatı izlənilir.

Hava şəraiti yaxşıdır. Yüngül külək var”.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz