Əlaqə Arxiv
news Image
2017.12.30
17:46
| A A A
Azərbaycanda hər adama ildə 1 kiloqramadək bal düşməlidir

Azərbaycan əhalinin balla təminatını daha da yaxşılaşdırmaq niyyətindədir.
Movqe.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda hər adama ildə orta hesabla 280 qram bal düşür. Nazirlik rəsmisi bu rəqəmin 1 kiloqramadək çatdırmaq lazım olduğunu bildirib:
“Azərbaycanda hər arı ailəsindən ildə 10 kiloqram bal yığılır. Bu, çox aşağı göstəricidir. Dünyada bu göstərici orta hesabla ildə 20,5 kiloqrama bərabərdir”.
Q.Əbdüləliyev qeyd edib ki, hazırda Azərbaycanda 6 minə yaxın adam arıçılıqla məşğul olur: “İndi Azərbaycanda 300 min arı ailəsi var, biz bu rəqəmi 600 minə çatdırmaq niyyətindəyik”.

Sizin Reklam Yeriniz