Əlaqə Arxiv
news Image
2017.12.29
13:09
| A A A
Damaq ağrısının səbəbləri və müalicəsi

Olduqca tez-tez müşahidə olunan damaq ağrısı, ağızda meydana gələn bir yara, infeksiya və ağız xərçəngi barədə xəbər verə bilər. Olduqca həssas bir orqan olan damaq, asan bir şəkildə zərər görə bilər.

Damaq ağrısına nə səbəb olur?
Movqe.az deyerler.org-a istinadən bildirir ki,  çox isti yeməklər yemək və maye içmək damağın yanmasına səbəb ola bilər. Çox isti və ədviyyatlı yeməklər damağa zərər vurur. Yanan bölgədə kiçik qabarcıqlar meydana gəlir.
Ədviyyatlı, soyuq və isti yeməklər damağa zərər verərək onun şişməsinə, ya da ağrımasına səbəb olur. Ağız yaraları damaqda meydana gələ bilər. Tənəffüs yollarında meydana gələn bir infeksiya nəticəsində damaqda ağrı yaranır.
 
Damaq ağrısının müalicəsi
Damaqda yaranan ağrı damaqda yaranan yaralara görədirsə, bir həkimə müraciət edin. Damaq ağrısı dişdəki bir iltihaba görə ortaya çıxıbsa, diş həkiminə gedib xəstə diş üçün müalicə alın. Əgər ağrı bir infeksiya nəticəsində meydana gəlibsə, çoxlu miqdarda B və C vitamini ehtiva edən meyvə və tərəvəzlər yeyin.

Sizin Reklam Yeriniz