Əlaqə Arxiv
news Image
2017.12.29
14:35
| A A A
İtkin düşən polis-alpinistin ad günüdür - FOTO

"Gilavar" - hava və ekstrim idman klubunun itkin düşən 3 üzvündən biri olan Hüseynov Babur Vaqif oğlunun sabah ad günüdür.

Movqe.az axar.az-a istinadən xəbər verir ki, Babur Hüseynov 1990-cı il dekabrın 30-da Astara rayonunda anadan olub. Alpinist həmçinin Daxili İşlər Nazirliyində çalışıb. Haqqında yazılan məlumatlarda bildirilir ki, o, polis orqanlarına qəbul edilməzdən əvvəl də bu idman növü ilə məşğul olub.

Qeyd edək ki, dekabrın 23-ü Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində alpinist dostları Cəbrayılzadə Fəridə Zəbiyulla qızı və Bünyatzadə Namin Nizami oğlu ilə yürüşə çıxan Baburun axtarışları davam edir.

Sizin Reklam Yeriniz