Əlaqə Arxiv
news Image
2017.12.29
15:37
| A A A
Bayram günləri avtobuslar gecə saat 01:00-ə qədər işləyəcək

Bayram günləri avtobuslar gecə saat 01:00-ə qədər işləyəcək.

Bakı Nəqliyyat Agentliyindən Movqe.az-a verilən məlumata görə, agentlik bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib.

BNA-nın göstərişinə əsasən bayram tədbirləri ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobuslar 31.12.2017; 01.01.2018; 02.01.2018-cı il tarixlərində gecə saat 01:00-ə qədər xidmət göstərəcək.

Sizin Reklam Yeriniz