Əlaqə Arxiv
news Image
2017.12.30
13:30
| A A A
ANAMA mütəxəssisləri alpinistlərin axtarışlarına qoşulub (FOTO)

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri alpinistlərin axtarışlarına qoşulub.

Movqe.az bildirir ki, bu barədə Trend-ə Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərargahından məlumat verilib.

"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

 

Bu gündən ANAMA mütəxəssisləri də (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) axtarışlara qoşulublar.

Əlavə məlumat veriləcək.

Sizin Reklam Yeriniz