Məlumat verildiyi kimi 2011-ci ilin dekabrından ölkədə mənzil və evlərin icbari sığortasına ötən ilin dekabr ayından başlanıb. Mənzilini sığorta etdirməyən İnzibati Xətalar Məcəlləsinə görə, 10 manat cərimə olunur. Paytxat Bakıda evlərini çığorta etdirənlərin sayında artım olsa da, rayonlarda bu sahədə vəziyyət qənaətbəxş sayılmır. Nəticədə belə rayonlarda evlər qəzalı vəziyyətə düşəndə onun xərcini dövlət çəkmək məcburiyyətində qalır. Halbuki, icbari qaydada sığorta reallaşsaydı, buna gərək qalmazdı. Çox maraqlıdır görəsən Azərbaycan regionlarında evlərin icbari sığortalanması nə üçün aşağı həddədir?!
Milli Məclisin İqtisadi Siyasət
Komitəsinin üzvü Əli Məsimli məsələ ilə bağlı Mövqe.az-a
açıqlamasında bildirib ki, regionlarda evlərin icbari qaydada
sosial sığortalanmasının həyata keçirilməsi çətin məsələdir: "Bu
sahədə qanun var və həmin qanuna əməl olunmalıdır. Burda iki
problem var: insanlar özləri təşəbbüs göstərməlidirlər. İkincisi
isə əlaqədar şəkilatlar bu işi normal təşkil etməlidirlər. Hər iki
variant normal qaydada həyata keçirilmir. Evlərin dəyəndirilməsi
ilə bağlı olan problem də böyükdür. Xüsusilə də regionlarda evlərin
icbari qaydada sosial sığortalanmasının həyata keçirilməsi müşkül
məsələdir. Sadaladığım problemlər həll olunmalıdır ki, bu proses
həyata keçirilə bilsin".
Sabiq millət vəkili,
iqtisadçı-ekspert Nazim Məmmədov xatırladır ki, 2010-cı ilin Kür
daşqınları zamanı daşqın və torpaq sürüşməsi olan bölgələrdə ev
tikintisinə sığortalanma olmadan icazə verilməməsi məsələsi gündəmə
gəldi: "Təbii fəlakətlər baş vermiş məkanlarda dövlət yox, sığorta
şirkətləri konpensasiya verməlidirlər. Ümumilikdə sığorta bazarı
ölkəmizdə zəif inkişaf etdiyindən, o cümlədən bu məsələlərlə bağlı
maariflənmə aşağı olduğundan və sığorta şirkətləriöz üzərlərinə
düşən vəzifələri lazımınca yerinə yetirmədiyindən, icbari qaydada
sığortalanmaya maraq yoxdur.
Təhlükə ehtimalı olan yerlərdə fərdi evlərin tikintisindən qabaq sığortalanması lazımdır. Bu sahədə vətəndaşların maariflənməsi labüddür. İcbari sığorta növlərini artırmaqla yox, könüllü sığortanın tətbiqini daha çox genişləndirmək lazımdır"
İqtisadi Təşəbbüslərə Yardım İctimai
Birliyinin sədri Azər Mehtiyev icbari qaydada əmlak sığortalanması
zaman vətəndaşların hansı prosesləri yerinə yetirməli olduğuna dair
bildirir: "Daşınmaz əmlakın və ümumiyyətlə, əmlakın icbari
sığortası baş verə biləcək cəza hallarından və təhlükələrdən
sığortalamaq xarakteri daşıyır. Bu halda hər hansı bir hadisə baş
verdikdən sonra əmlaka ziyan dəyərsə, həmin ziyanın konpensasiyası
ödənir. Bunun üçün də hər il insanlar kiçik məbləğdə vəsait
ödəməklə praktiki olaraq öz əmlakını sığortalamış olurlar. Əmlakın
sığortalanmasının çox vacib şərtləri var. Birincisi, insanlar
əmlaklarını sığortalamaq üçün mütləq şəkildə müəyyən gəlirə sahib
olmalıdırlar. Bəzən insanlar məsuliyyətsizlik edib, "heç bir şey
baş verməz" –deyib, əmlaklarını sığortalamırlar. Hadisə baş verən
zaman isə dövlətdən yardım istəyirlər. Hərçənd ki, dövlətin elə bir
öhdəliyi yoxdur.
İkinci bir məsələ isə sığortalanmanın olması üçün insanların əmlak hüquqları tanınmalı, təsdiq olunmalıdır. Yəni evlərin mülkiyyət hüququnu təsdiqləyən sənədi (kupçası) olmalıdır. Amma regionlarada əksər insanların mülkiyyət hüququnu təsdiqləyən sənədi yoxdur. Bu sənəd olmadığı halda isə sığortalanma məsələsi xeyli dərəcə də çətindir. Üçünçüsü isə, sığorta şirkətlərinə insanların inamları olmalıdır. İnsanlar bir çox hallarda sığorta üçün vəsait ödədikdən sonra bunu hadisə baş verdikdə sübut edərkən əziyyət çəkirlər. Sığorta şirkətlərinə etibarsızlıq hələ də hökm sürür. Bu cür təşkilatlarla insanlar işləmək təcrübəsinə malik deyillər. Bu baxımdan da problem xeyli dərəcədə çətinləşir".