Əlaqə Arxiv
news Image
2018.02.08
14:00
| A A A
Bərdədə yol kənarında yeni doğulmuş körpə tapılıb

 Bərdə rayonunda yol kənarında yeni doğulmuş körpə tapılıb. "Report"un Qarabağ bürosu xəbər verir ki, yeni doğulmuş körpə rayonun Əmirli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkar olunub. 
Hadisə barədə Təcili Tibbi Yardım Stansiyasına (TTYS) və polisə məlumat verilib. Körpənin atıldığı yerə gələn TTYS-nın həkimləri tərəfindən körpə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Xəstəxanadan bildirilib ki, körpə müayinə və müalicə olunmaq üçün doğum şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb. 

Sizin Reklam Yeriniz