Bayıl yamacındakı sürüşmə ilə bağlı TƏFƏRRÜATLAR
Bayıl yamacında baş verən sürüşmə nəticəsində 4 ev tamamilə uçub.
Movqe.az-ın məlumatına görə, sürüşmə bu gün səhər saatlarında baş verib.
Uçan evlər ilk sürüşmə zamanı çat verən evlərdir. 50-yə yaxın evdə hazırda çatlar böyüyüb. Sakinlər sığınacaqlara yerləşdirilib.
Hazırda ərazi polis əməkdaşları tərəfindən nəzarətə alınıb, sürüşmə zonasına sakinlər buraxılmır. Sakinlərin təhlükəsizliyi üçün tədbirlər görülür. Aidiyyatı qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri ərazidədir.