Əlaqə Arxiv
news Image
2013.03.28
17:50
| A A A
Cəsus antiviruslar sizi izləyir
"Bəzi antivirus proqramları vasitəsilə kompyuterlərə nəzarət etmək mümkündür. Bu cür antivirus proqramları çox təhlükəlidir. Bəzən antiviruslara cəsus proqramlar yazılır ki, həmin proqram kompyterdə aktivləşən zaman istənilən məlumatı kompyuterdən oğurlamaq mümkün olur. Ona görə də antivius alarkən ehtiyatlı olmaq, bu cür amillərə diqqət yetirmək lazımdır".
Bu sözləri Movqe.az-a açıqlamasında Kür Elektron Avadanlıqların İstehsalı MMC-nin Baş  direktoru Rizvan Osmanov söyləyib.  Multimedia Araşdırmalar Mərkəzinin rəhbəri Osman Gündüz də deyir ki, cəsus proqramlara əsasən lisensiyasız antivirus proqramlarında rast gəlinir: "İnternetdən əldə edilən antivirus proqramlarının çoxuna əl gəzdirərək bu cür fayllar qoşmaq mümkündür. Ona görə də, kim kompyuterindəki informasiyalarının təhlükəsizliyini istəyirsə bu cür antivirus proqramlarını almaqdan çəkinməlidir".

Sizin Reklam Yeriniz