Əlaqə Arxiv
news Image
2018.02.22
15:58
| A A A
Bu yol mayın sonuna qədər istifadəyə veriləcək

"Bakıdan İran sərhədinə, Astara şəhərinə qədər olan, layihəsi və tikintisi 2008-ci ildən davam etdirilən böyük yol infrastrukturu bu il may ayının sonuna qədər istifadəyə veriləcək".
 
Movqe.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov bildirib.
 
Onun sözlərinə görə, Bakı-Astara yolu Ələt qəsəbəsindən Astaraya qədər olan yeni 1-ci dərəcəli avtomobil yolu olacaq.
 
“Bu yol əvvəlki yoldan 38 kilometr qısa olacaq. Məsafə azaldıqca vaxt itkisi də olmayacaq və bu yol ilə daşınan tez xarab olan məhsulların istehlakçılara vaxtında çatdırılması daha da tezləşəcək”, - deyə S.Məmmədov bildirib.

Sizin Reklam Yeriniz