Əlaqə Arxiv
news Image
2013.03.29
12:41
| A A A
Yeni gətirilən qatar Bakı metrosunda qorxulu anlar yaşatdı

Bu gün səhər saat 10 radələrində Bakı Metropolitenində qorxulu anlar yaşanıb. Metronun "20 Yanvar" və "İnşaatçılar" stansiyası istiqamətində hərəkət edən qatar yarım saatdan çox tuneldə qalıb. Qatar tuneldə qalan zaman isə əsl dəhşət sərnişin sıxlığı nəticəsində yaranmış havasızlıqdan yaşanıb.

Sonradan qatar "İnşaatçılar" stansiyasında platformaya gətirilib və sərnişinlər boşaldılıb. Daha sonra "İnşaatçılar" stansiyasında sərnişin sıxlığı olduğu üçün insanlar stansiyadan çölə çıxarılıb. "20 Yanvar" və "İnşaatçılar" stansiyası istiqamətində isə qatarların hərəkəti dayandırılıb.

Bakı Metropolitenindən  verilən məlumata görə, hadisəyə qatarda yaranmış texniki nasazlıq səbəb olub. Xoşbəxtlikdən hadisə zamanı sərnişinlərdən xəsarət alan olmayıb. Sadəcə "Dərnəgül" istiqamətinə qatarların hərəkətində ləngimələr var.

Bakı Metropoliteninin baş mühəndisi Fuad Tağızadə Movqe.az-a bildirib ki, vaqonların hərəkət cədvəlində problemə səbəb yeni gətirilən vaqonların birində elektrik qidalanma sistemində yaranan nasazlıq olub və qatar gərginlikdən açılıb. Ona görə də vaqonların hərəkətində problem yaranıb.Onun sözlərinə görə, həmin vaqon xəttdən aparıldıqdan sonra digər vaqonların hərəkəti bərpa olunub.Tağızadə qeyd edib ki, yeni gətirilən vaqonların test rejimində işləməsi zamanı indiyə qədər hər hansı problem yaranmamışdır. Yeni vaqonda yaranan texniki problem araşdırılacaq.

Sizin Reklam Yeriniz