Əlaqə Arxiv
news Image
2018.04.03
15:36
| A A A
Məleykə Abbaszadə: “Köhnə nəşrlər bakalavrların magistraturaya hazırlaşmasına çətinlik yaradır”

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.

 

DİM-dən Movqe.az-a verilən məlumata görə, iclasda magistraturaya qəbul imtahanının II mərhələsində qəbul proqramları üzrə tövsiyə olunan ədəbiyyat siyahısı, monitorinq imtahanlarının nəticələri, dövlət qulluğuna qəbul sahəsində görülən işlər və s. məsələlər müzakirə olunub.

 

Magistraturaya qəbul imtahanının II mərhələsində qəbul proqramları üzrə tövsiyə olunan ədəbiyyat siyahısı ilə bağlı DİM Direktorlar Şurasının sədri  Məleykə Abbaszadə qeyd edib ki, siyahıya rus dilində olan çoxlu sayda köhnə nəşrlər daxildir və bu bakalavrların magistraturaya qəbul imtahanının II mərhələsinə hazırlaşmasına çətinlik yaradır: “Məlumdur ki, bəzi ali məktəb müəllimləri Azərbaycan dilində elmi ədəbiyyatın və elektron resursların azlığı səbəbindən xarici dildə olan ədəbiyyatı tərcümə edərək tələbələrə təqdim edirlər və ya bu materialları hansısa internet resurslarında yerləşdirirlər. Lakin ali məktəblər tərəfindən təqdim olunan ədəbiyyat siyahısında mənbə kimi hər hansı internet resursların adlarına rast gəlinmir”.

 

 

DİM sədri təklif edib ki, ali təhsil müəssisələrinin qarşısında elmin aparıcı sahələri üzrə internet resurslarının yaradılması və istifadə olunan əsas tədris materiallarının orada yerləşdirilməsi məsələsi qaldırılsın.

 

O qeyd edib ki, hazırda DİM tərəfindən ali təhsilin məzmunu ilə əmək bazarının tələbləri, yəni dövlət orqanlarının iş axtaranlara dair qoyduqları tələblərin müqayisəsi üzrə araşdırma aparılır: “Bu araşdırmanın nəticələri də yaxın zamanlarda Şura üzvlərinə təqdim olunacaq”.

Sizin Reklam Yeriniz