Əlaqə Arxiv
news Image
2018.04.03
17:24
| A A A
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun 52 nəfər sülhməramlısı aprelin 3-də plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Müdafiə Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.

Sizin Reklam Yeriniz