Əlaqə Arxiv
news Image
2018.04.04
10:52
| A A A
Rusiyanın “S-400”ləri Türkiyəyə təhvil verəcəyi tarix açıqlandı

"Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksi müqavilədə nəzərdə tutulan tarixdən daha tez, 2019-cu ilin iyulunda Türkiyəyə təhvil veriləcək".

Movqe.az report-a istinadən xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir bildirib.

Onun fikrincə, "S-400"lər ABŞ-ın "Patriot"lərindan daha təsirlidir: "S-400"lərlə Türkiyə ordusu daha güclənəcək".

 

Qeyd edək ki, aprelin 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin Ankarada birgə mətbuat konfransı keçiriblər. R.T.Ərdoğan "S-400" zenit-raket kompleksinin Türkiyəyə planlaşdırıldığından daha tez təhvil veriləcəyini bildirmişdi. 

Sizin Reklam Yeriniz