Əlaqə Arxiv
news Image
2018.04.04
16:10
| A A A
Binəqədidə magistral su kəmərindəki qəza aradan qaldırıldı

Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində magistral su kəmərində baş vermiş qəza aradan qaldırılıb.

Bu barədə Trend-ə açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

A.Cəbrayıllının sözlərinə görə, əhaliyə suyun verilişi təmin edilib.

 

Qeyd edək ki, aprelin 2-dən 3-nə keçən gecə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində magistral su kəmərində baş verən qəza nəticəsində 30-dan çox evi su basmışdı.

Sizin Reklam Yeriniz