Əlaqə Arxiv
news Image
2012.04.28
13:03
| A A A
Pis havada uşaq pis oxuyur?

 

Movqe.Az xəbər verir ki, uşağı məktəbə yollayarkən təhsil müəssisəsinin yerləşdiyi məkanı və orada havanı çirkləndirən mənbələrin olub-olmamasını yoxlamaq gərəkdir.

 ABŞ-ın Miçiqan Universitetində aparılmış tədqiqatların nəticələrinə görə, məhz çirklənmiş hava şagirdlərin pis oxumasının səbəblərindən biri ola bilər.

 3 min məktəb üzrə göstəricilərin daxil olunduğu statistiki analizə görə, ekoloji cəhətdən uğursuz məkanlarda yerləşən məktəblərdə şagirdlərin dərs davamiyyəti və təhsildəki uğurları daha pis olub. "Qara siyahı"da sənaye müəssisələri, iri avtomagimstrallar və digər potensial təhlükəli obyektlərin yanlarındakı məktəblər düşüblər.

 Araşdırmalar aparılmış məktəblərdəki havanın 95 faizi kimyəvi birləhmələr kokteyli olub ki, alimlər orada dizosianatlar, kükürd turşusu, nikel, xlor, xrom, trimetilbenzol, molibden trioksidi, qurğuşun, kobalt və qlikol efirləri tapıblar.

 Alimlər bildirirlər ki, çirkli hava uşaqların orqanizmlərində xroniki zəstəlik və disfunksiyalar yarada bilər. Bununla yanaşı, nevroloji pozuntular və xərçəngin yaranması da istisna olunmur.

 

Beyin üçün ən faydalı 5 təam nədir?

ABŞ-ın Stenford Universitetinin alimləri insan beyninin funksionallığı üçün ən faydalı 5 təamı müəyyənləşdiriblər.

Həmin təamlar beynin qocalma sürətini azaldır və yaddaşı iti saxlayır.

Reytinqdə ilk yeri qoz tutur. Qoz beynin qocalmasını ləngidir.

İkinci yerdəki yerkökü beyini iltihab proseslərindən qoruyur.

Qarağat yaddaşı və təhsil qabiliyyətini yaxşılaşdırır.

Omeqa-3 turşusu ilə bol olan balıq beyinin koqnitiv funksiyasının azalmasını ləngidir, B12 vitamini vasitəsinə beyini Alsgeymer xəstəliyindən qoruyur.

Yaxşı çay yaddışı yaxşılaşdırır, beynin informasiya "emalı"nın keyfiyyətini artırır.

 

İnsanı cavan saxlayan qidalar

Amerika KİV-nin verdiyi məlumata görə, bu siyahıya 10-dan artıq ərzaq daxildir: çörək, nar, çiyələk, qırmızı soğan, ispanaq, üzüm, gavalı, ərik, portağal, pomidor, qarağat, qaragilə, gilas, kofe, çay, şokolad, alma, gül kələmi. Alimlər bunlardan başqa, insan orqanizmi üçün ət, dənli bitki, süd və balığın da son dərəcə vacib olduğunu bildirir.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz