Əlaqə Arxiv
news Image
2018.04.05
18:10
| A A A
Bakı metrosunda cibgirlik edən keçmiş məhkum saxlanılıb

Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini N.Rzayeva aprelin 3-də “Neftçilər” stansiyasında qatara minərkən əl çantasından içərisində pulu, tələb bileti, bank kartı olan pulqabısının oğurlandığını bildirb.
Dərhal şöbənin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən şəxs tezliklə müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə o, elə həmin stansiyasının ətrafında polis əməkdaşları tərəfindən yaxalanıb.
Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elməddin Quliyev olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı oğurlanmış pulqabı ondan aşkar edilib.
E.Quliyev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2 ay müddətinə həbs olunub.

Sizin Reklam Yeriniz