Əlaqə Arxiv
news Image
2018.04.11
13:27
| A A A
Beynəlxalq müşahidəçilər Azərbaycanda prezident seçkilərini izləyir (FOTO)

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

MOvqe.az-ın Trend-ə istinadən məlumatına görə, səsvermə prosesini 894 beynəlxalq müşahidəçi izləyir.

Onlar 61 təşkilat və 59 ölkəni təmsil edirlər.

Qeyd edək ki, prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 58 175 yerli müşahidəçi də izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.

 

Sizin Reklam Yeriniz