Əlaqə Arxiv
news Image
2018.04.11
15:38
| A A A
Bakıda 22, rayonlarda 25 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında aprelin 12-dəhava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 17-22, Bakıda gecə 8-10, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət  gecə 65-75, gündüz 45-55 faiz olacaq.

 

 

Azərbaycanın rayonlarında aprelin 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Qərb  küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 6-11, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

 

 

Sizin Reklam Yeriniz