Əlaqə Arxiv
news Image
2018.04.13
10:55
| A A A
I rübdə Azərbaycanda bu qədər abonent qazla təmin olunub

 Bu ilin I rübü ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 23 164 yeni abonent qeydiyyata alınıb.

Movqe.az  “Azəriqaz”a istinadən xəbər verir ki, bunun da 15 041-i Bakı, Abşeron və Sumqayıt, 8 123-ü isə regionlar üzrədir.

“Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub. Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində aparılan məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 119 894-ə çatıb”,- məlumatda bildirilib.

Sizin Reklam Yeriniz