Əlaqə Arxiv
news Image
2018.04.13
17:27
| A A A
Naxçıvan Dövlət Universitetində hesabat konserti

Naxçıvan Dövlət Universitetinin (NDU) İncəsənət fakültəsində Orkestr alətləri və dirijorluq kafedrasının hesabat konserti təşkil olunub.

Movqe.az xəbər veirr ki, NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə kafedranın müdiri Mehriban Cəfərova kafedranın fəaliyyəti haqqında məlumat verib. Qeyd edilib ki, 2007-2008-ci ildə yaradılan Orkestr alətləri kafedrası 2011-ci ildə Dirijorluq kafedrası ilə birləşib və o vaxtdan birgə fəaliyyət göstərir.

Konsertdə Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri E.Mansurovun, E.Sabitoğlunun, T.Quliyevin, C.Cahangirovun ölməz bəstələri, dünya klassiklərindən Motsartın, Baxın, Rolf Lovandın, Qlierin və başqalarının məşhur kompozisiyaları ifa edilib. Proqramda xor kollektivinin ifasında səslənən Oktay Rəcəbovun “Azərbaycan bayrağı” mahnısı, digər bəstəkar və xalq mahnıları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

İncəsənət fakültəsinin dekanı Günay Məmmədova tələbələrin musiqi hazırlığı, səhnə mədəniyyəti və ifa tərzi ilə bağlı dəyərli tövsiyələrini çatdırıb.

Sonda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirə yekun vuraraq, muxtar respublikada incəsənət xadimlərinin, bəstəkar və sənətşünasların fəaliyyətləri üçün yaradılan şəraitdən, hesabat konsertlərinin istedadlı tələbələrin üzə çıxarılması, onlarda professional ifaçılıq məziyyətlərinin aşılanması baxımından əhəmiyyətindən bəhs edib.

Sizin Reklam Yeriniz