Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik
yubleyi münasibəti ilə cümə günü Ədliyyə Nazirliyinin Pentensiar
Xidmətinin müalicə müəssəsində Milli Oftolmalogiya Mərkəzinin
xüsusi səyyar oftolmoloji müayinə və əməliyyat blokunda mərkəzin
əməkdaşlarının iştirakı ilə 12 məhkumun gözündə cərrahiyyə
əməliyyatı aparılıb, 30 məhkum əlavə oftolmoloji müayinələrə cəlb
olunub.
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev
Movqe.az-in əməkdaşına bildirib ki, Pentensiar müəssələrdə
saxlanılan məhkumlar arasında göz xəstəliklərini vaxtında aşkar
etmək və adekvat tibbi yardım göstərmək məqsədilə Milli
Oftolmologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə geniş
ixtisaslaşdırılmış tibbi müayinələr təşkil edilib.
Onun sözlərinə görə, mart- aprel ayları ərzində 80-nə yaxın
məhkumun görmə orqanı müasir avadanlıqlar vasitəsilə müayinə
edilib, 10-a yaxın məhkum daha dəqiq avadanlıqlarla müayinə olunmaq
üçün Milli Oftolmalogiya Mərkəzinə göndərilib.
Məhkumların görmə orqanlarında yaranan xəstəliklərin müasir
tələblərə cavab verən səviyyədə müalicəsini təmin etmək üçün PX-in
Tibb Baş İdarəsi tərəfindən Milli Oftolmalogiya Mərkəzi ilə
səmərəli əməkdaşlıq əlaqələri qurulub.
Mehdiyev bildirib ki, 2013-cü ilin müxtəlif dövrlərində cəzaçəkmə
müəssisələrinin 12 məhkumu Milli Oftolmologiya Mərkəzinin
müşahidəsi ilə cərrahiyyə əməliyyatı olunub, 24 məhkum müxtəlif
əlavə müasir müayinələrə cəlb olunub.
Mərkəzin mütəxəsisiləri cəzaçəkmə müəssələrində 128 məhkuma tibbi baxış və oftolmoloji müayinə həyata keçirib. Bu əməkdaşlıq məhkumlara yüksək səviyyəli oftolmoloji yardımın təmin edilməsində köməklik göstərir.