Əlaqə Arxiv
news Image
2018.04.27
15:55
| A A A
Masallıda Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü qeyd olunub

  Bu gün Masallı şəhər Heydər Əliyev Mərkəzində Əməkdar elm xadimi, professor Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir işrtirakçıları Mərkəzin foyesində XX əsr Azərbaycan tarixinin görkəmli siması Zərifə xanım Əliyevanın həyat və faliyyətindən bəhs edən fotoşəkillərlə tanış olublar.
Tədbiri giriş sözü ilə açan Masallı RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova görkəmli oftalmoloq, gözəl insan, vəfalı ömür-gün yoldaşı, fitri istedada malik novator alim Zərifə Əliyevanın keçdiyi şərəfli həyat yolunun hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat, mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu deyib.  A.Qafarova bildirib ki, Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Atasının keçdiyi qeyri-adi həyat yolu Zərifə xanım üçün tarixin bir hissəsi olmuşdur. Zərifə Əliyeva üçün insan, vətəndaş və alim anlayışları bölünməz bir vəhdət təşkil edirdi. Z . Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq bir səhifəsini təşkil edir. Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.
Qeyd olunub ki, akademik Zərifə Əliyeva oftalmologiyanın aktual problemlərinə həsr olunmuş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, о cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi araşdırmalar aparmışdır. Alimin bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri onun bir sıra monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini tapmışdır.
Məruzə ətrafında çıxışlarda Masallı Rayon Mərkəzi Xəstəxanasının oftalmoloq-həkimləri Gülnarə Məmmədova, Yaşar Bağırov, Orxan Güllərov, rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Dəmirçi kənd ümumi orta məktəbinin direktoru Aytən Şükürova və başqaları ideal qadın və əsl Azərbaycan xanımı obrazı olan Zərifə Əliyeva simasının, keçdiyi həyat yolunun gənc xanımların həyatının formalaşması baxımından parlaq nümunə olduğunu bildiriblər.

ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz