Əlaqə Arxiv
news Image
2018.04.30
11:12
| A A A
İrandan Azərbaycana narkotik qaçaqmalçılığının qarşısı alınıb

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Movqe.az-a verilən məlumata görə, idarənin "Qoşa Təpə" gömrük postunda Naxçıvan MR-dan İran İslam Respublikası ərazisindən tranzit keçməklə Azərbaycana yük gətirən Azərbaycan vətəndaşı saxlanılıb və onun idarə etdiyi "DAF" markalı yük avtomobilinə rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilib. Bu zaman qoşqunun alt tərəfində olan hava balonu ilə qoşqunun sol tərəfinə yaxın ramanın arasında şübhəli predmetlər monitorda əks olunub. Həmin hissələrin arasında gömrük nəzarətindən gizlədilmiş, bir ədəd şəffaf plastik şüşəyə doldurulmuş, xalis çəkisi 1242.1 qram təşkil edən narkotik vasitə - tiryək aşkarlanıb. Bundan əlavə, avtomobildən bir konvalyutda 10 ədəd həb olmaqla açıq qəhvəyi rəngli, üzərində "F/M40" nişanəsi olan "metadon" adlı dərman preparatları da aşkar olunub.

 

10 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir.

Xatırladaq ki, metadon "Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II siyahısına daxildir.

Sizin Reklam Yeriniz